AUT.AZ

Hələ çempionluğu belə qeyd edən olmamışdı – Videolar

Argentina milli komandasının DÇ-2022-dəki qələbəsi sözügedən ölkədə bayrama çevrilib.

Aut.az xəbər verir ki, paytaxt Buenos-Ayresin mərkəzi meydanı və küçələrində qurulan iri monitorların önünə yığılan azarkeşlər final matçını böyük coşqu ilə izləyiblər. Matçın gərgin və maraqlı məcrada keçməsi fanatlara sirayət edib. Nəticədə ortaya maraqlı görüntülər çıxıb.

“Tanqoçular”ın dramatik finaldan qalib ayrılmasından sonra Buenos-Ayres də daxil olmaqla bütün ölkədə bayram coşqusu yaşanıb. Argentinalılar komandalarının 3-cü dəfə dünya çempionu olmalarını çılğın formada qeyd ediblər.

Argentinanın çempionluğu Buenos-Ayres ilə yanaşı, Rosario şəhərində, Cənubi Amerikanın digər ölkəsi Çilidə və Dieqo Maradonun bir vaxtlar çıxış etdiyi İtaliyanın Neapol şəhərində də bayram kimi qeyd olunub.

 

Exit mobile version