AUT.AZ

DÇ-2026: yarışın formatı gələn il bəlli olacaq

Qətərdə təşkil edilən Dünya Çempionatı başa çatdı. İndi növbəti yarışı – 4 il sonra reallaşacaq mundialı gözləmək lazım gələcək.

Aut.az xəbər verir ki, növbəti Dünya Çempionatı tarixdə ilk dəfə 3 ölkədə reallaşacaq. ABŞ, Kanada və Meksika Şimali Amerikaya qonaq gedəcək yarışı birlikdə təşkil edəcək. Bunadək yalnız bir dəfə – 2002-də Cənubi Koreya ilə Yaponiya şərikli mundial təşkil etmişdi.

İlk dəfə iştirakçıları sayı 32-dən 48-ə qaldırılacaq ki, bu da daha çox milli komandanın final mərhələsinə vəsiqə qazanması demək olacaq. Qrupa mərhələsinin, ümumiyyətlə, yarışın formatı 2023-cü ildə dəqiqləşəcək. Məhz ondan sonra hansı qitənin yarışda neçə komanda ilə təmsil olunacağı da bilinəcək.

Hələlik bəlli olan yarışın 16 şəhərdə reallaşacağıdır. 1994-cü il Dünya Çempionatına ev sahibliyi etmiş ABŞ bu dəfə 11 şəhərdə qonaqları qəbul edəcək. 3 Meksika və 2 Kanada şəhəri də DÇ həyəcanına qoşulacaq.

Exit mobile version