AUT.AZ

Bu qiymətə satır

PSJ hücumçusu Kilian Mbappeni satmağa hazırdır.

Aut.Az xəbər verir ki, informasiyanı “The Telegraph” yayıb.

Xəbərə görə, Fransa nəhəngi ulduz forvardı özü getmək istəyəcəyi halda, satacaq. Paris təmsilçisinin bosslarının öz aralarında bu məsələni müzakirə etdiyi və Kilianla 300-350 milyon avro ödəniş qarşılığında vidalaşmağı planlaşdırdığı vurğulanıb.

Xatırladaq ki, DÇ-2022-də çıxdığı 7 oyunda 8 qol vuran Mbappe mundialın bombardiri olub.

Exit mobile version