AUT.AZ

Benzema da getdi

İspaniyanın “Real” klubunun hücumçusu Kərim Benzema Fransa millisindəki karyerasını başa vurub.

Aut.az xəbər verir ki, 35 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, qərarını bu sözlərlə açıqlayıb: “Bugünkü şəxs olmaq üçün əlimdən gələni etdim və bəzi səhvlərə yol verdim. Bunlarla fəxr edirəm. Mən öz tariximi yazdım. Artıq ortaq hekayəmiz başa çatır”.

Xatırladaq ki, Fransa yığmasındas 97 oyun keçirmiş Benzema 37 qola imza atıb.

Exit mobile version