AUT.AZ

Adaşından Messiyə təklif

Argentina milli komandasının baş məşqçisi Lionel Skaloni maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, mütəxəssis Lionel Messinin 2026-cı ildə keçiriləcək dünya çempionatında oynayacağını istisna etməyib. O, 35 yaşlı ulduz futbolçu ilə bir yerdə olmaqdan həzz aldıqlarını bildirib:

“Hazırda düşünürəm ki, növbəti dünya çempionatında Messi üçün milli komandada yer ayıra bilərik. Bunun bizim üçün əhəmiyyəti var. Davam etmək istəsə, onun üçün 10 nömrəli formanı boş saxlaya bilərik.

Leo karyerası barədə yekun qərarını verəcək. Onun xüsusi imtiyazı yoxdur. Amma həqiqət odur ki, onunla və bu komanda ilə məşq etməkdən həzz alıram. Heç kimin yoldaşlarına belə təsir etdiyini görməmişəm. Bu, əladır”.

Exit mobile version