AUT.AZ

ABŞ və Braziliyadan sonra

DÇ-2022-nin oyunlarındakı ümumi tamaşaçı sayı bəlli olub.

Aut.az xəbər verir ki, Qətərdəki mundialın 64 oyununu ümumilikdə 3 milyon 404 min 252 nəfər izləyib. Bu, dünya çempionatları tarixində 3-cü göstəricidir.

Sonuncu yarış yalnız ABŞ-1994 (3 milyon 568 min 567) və Braziliya-2014-dən (3 milyon 441 min 450) geri qalır.

Qeyd edək ki, DÇ-2022-də Argentina çempion olub. Fransa ikinci, Xorvatiya üçüncü yeri tutub.

Exit mobile version