AUT.AZ

Mundialdan sonra Qətəri gözləyən problemlər

DÇ-2022-dən sonra Qətərdə daşınmaz əmlak bazarında problemlər yaşana bilər.

Aut.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Turnirə hazırlıq çərçivəsində ölkənin infrastrukturuna 300 milyard dollardan çox sərmayə qoyulub. Ekspertlər bildirirlər ki, çempionat başa çatdıqdan sonra daşınmaz əmlak, mehmanxana biznesi xeyli zəifləyəcək. Vəziyyət, eləcə də qida və içki istehsalına da təsirini göstərəcək. Buna görə də ölkə iqtisadiyyatında durğunluq yaşana bilər.

Bildirilir ki, vəziyyətin normallaşması üçün əhalinin yeni imkanlara yiyələnməsi vacibdir. Bunun üçün isə müəyyən qədər vaxta ehtiyac var.

Exit mobile version