AUT.AZ

Vüqar Həşimov Memorialı start götürür

Bu gün Bakıda “Vugar Gashimov Memorial-2022” turniri start götürəcək.

Aut.Az xəbər verir ki, yarışda on şahmatçı iştirak edəcək. Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Abdulla Qədimbəyli, Aydın Süleymanlı ilə yanaşı, turnirdə Nodirbek Abdusattorov (Özbəkistan), Vanq Hao (Çin), Rixard Rapport (Rumıniya), Dommarju Qukeş (Hindistan), Samuel Şenklend (ABŞ) və Fransisko Valyexo (İspaniya) qüvvəsini sınayacaq.

 

İlk üç gündə iştirakçılar rapid üzrə mübarizə aparacaq, ardınca isə blitsdə münasibətləri aydınlaşdıracaqlar.

Exit mobile version