AUT.AZ

Rafael Ağayev Denielsi yenib çempion oldu

Karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayev “Karate Combat”da ağır çəkidə titul görüşünə çıxıb.

Aut.Az xəbər verir ki, 37 yaşlı idmançı ABŞ təmsilçisi Reymond Denielslə qarşılaşıb.

 

Hakimlərin qərarına əsasən rəqibini üstələyən Ağayev çempionluq kəmərini qazanıb. O, qələbəni anasına həsr edib: “Bu qələbə üçün çox zəhmət çəkmişəm. Qələbəni anama və Azərbaycana həsr edirəm. Hamıya təşəkkür edirəm. Arzuma çatdığım üçün şadam”.

Qeyd edək ki, Rafael Ağayev 2018-ci ildən “Karate Combat”da çıxış edir.

Exit mobile version