AUT.AZ

Qiyməti 3 dəfə qalxdı

“Anje”nin yarımmüdafiəçisi Əzzəddin Unai ilə müqavilə bağlamaq istəyən klublar mərakeşli futbolçunun alınmasına görə 15 milyon avro ödəməli olacaqlar.

Dünya çempionatından özünü yaxşı tərəfdən göstərdiyi üçün  Fransa klubu futbolçusunu üç dəfə baha qiymətə satmaq  istəyir. Aut.az xəbər verir ki, bu barədə jurnalist Robin Barnier “Tvitter” hesabında məlumat yayıb.

22 yaşlı Unai dünya çempionatında Mərakeşin heyətində 7 qarşılaşmada 571 dəqiqə meydanda olub.

Unainin “Anje” ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır. Daha əvvəl “Barselona”nın futbolçu ilə maraqlandığı bildirilirdi.

Aut.az

 

Exit mobile version