AUT.AZ

O qədər tərif dedi ki…

İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Devid Bekhem Qətərdə keçirilən dünya çempionatı haqda danışıb.

Aut.az xəbər verir ki, mundialın rəsmi saytına verdiyi açıqlamada təşkilatçılığın və turnirin səviyyəsinin yüksək olduğunu bildirib:

“Azarkeşlərin bir araya gəlməsi, futbolun bu səviyyədə olması heyrətamiz idi. Burada olmaq, azarkeşlərin həyəcanını və əyləncəsini hiss etmək mənim üçün şərəf oldu.

Futbolun səviyyəsi inanılmazdı. Mən həmişə mövsümün ortasında dünya çempionatında oynamağın tərəfdarı olmuşam, çünki bilirdim ki, futbolçular daha təravətli, fiziki hazırlıq və enerji səviyyəsi daha yüksək olacaq”.

 

Exit mobile version