Lionel Messi milli komandadakı titulların sayına görə Dieqo Maradonanı geridə qoyub.
Argentina Fransaya qalib gələrək (penaltilərdə 3-3, 4-2) 2022-ci il Dünya Kubokunu qazanıb. Bu, PSJ-nin futbolçusu üçün millinin heyətində üçüncü kubokdur.
Messi 2021-ci ildə Amerika Kubokunu, 2022-ci ildə isə Finalissimonu qazanıb.
Maradona hesabında – 1986-cı ildə Dünya Kuboku və 1993-cü ildə Artemio Franki Kuboku (Finalissimanın analoqu) var.