AUT.AZ

Messi Maradonanı geridə qoydu

Lionel Messi milli komandadakı titulların sayına görə Dieqo Maradonanı geridə qoyub.

Argentina Fransaya qalib gələrək (penaltilərdə 3-3, 4-2) 2022-ci il Dünya Kubokunu qazanıb. Bu, PSJ-nin futbolçusu üçün millinin heyətində üçüncü kubokdur.

Messi 2021-ci ildə Amerika Kubokunu, 2022-ci ildə isə Finalissimonu qazanıb.

Maradona hesabında – 1986-cı ildə  Dünya Kuboku və 1993-cü ildə Artemio Franki Kuboku (Finalissimanın analoqu) var.

Exit mobile version