AUT.AZ

DÇ-2022: Adını tarixə kim yazacaq?

Bu gün Qətərdə keçirilən sayca 23-cü Dünya kubokuna yekun vurulacaq.

Aut.az xəbər verir ki, mundialın həlledici görüşdə Argentina və Fransa milli komandaları üz-üzə gələcək. “Lusail” stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq. Matçı polşalı FIFA referisi Şimon Marçinyakın rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

Bu oyun hər iki komanda üçün böyük əhəmiyyət kəsb edir. Fransa millisi çempionluq titulunu qorumaq əzmindədir. “Xoruzlar”buna nail olacaqları təqdirdə, adlarını tarixə yazacaqlar. Daha öncə Braziliya və İtaliya milli komandaları ardıcıl 2 çempionluğu bayram ediblər. 21-ci əsrdə bu hadisə ümumiyyətlə yaşanmayıb. Avropa təmsilçisi Argentinanı məğlub edəcəyi halda, 3-cü dəfə “Qızıl ilahə”yə sahib çıxacaq. “Üçrənglilər” buna qədər iştirakçı olduqları 3 finaldan yalnız birində məğlub olublar. Bu, 2006-cı ildə baş verib. İtaliya millisi yalnız penaltilər seriyasında Fransadan üstün olub.

Argentina millisinə gəlincə, bu, onların sayca 6-cı finalı olacaq. “Tanqoçular” sadəcə 2 dəfə Dünya kubokunun qalibi ola biliblər. Cənubi amerikalılar sonuncu dəfə 36 il əvvəl buna nail olublar. “Albiseleste” uzun fasilədən azarkeşlərinə sevinc bəxş etmək istəyir. Argentinanın çempion olmaq üçün baş bir səbəbi isə komandanın kapitanı Lionel Messidir. Əfsanəvi futbolçu sonuncu dəfə iştirak etdiyi Dünya kubokunu qələbə ilə tərk etmək istəyir. Karyerası ərzində mümkün bütün titulları qazanan Messinin şəxsi muzeyində yalnız mundialın qızıl medalı yer almayıb. Buna görə də, komanda yoldaşları onun çempion olması üçün əllərindən gələni etməyə çalışacaqlar.

DÇ-2022, Final

18 dekabr

19:00. Argentina – Fransa

Baş hakim: Şimon Marçinyak (Polşa)

“Lusail” stadionu.

Exit mobile version