AUT.AZ

Biabır etdi – Dürüst deyil

Almaniya yığmasının sabiq müdafiəçisi Filip Lam FİFA rəhbəri Canni İnfantinonu tənqid edib.

Aut.az xəbər verir ki, Lam “RedaktionsNetzwerk Deutschland” üçün köşə yazısında İnfantinonu FİFA-nın imicinə zərbə vurmaqda ittiham edib:

“Onun rəhbərliyi dövründə FİFA daha da etibarsız hala gəlib. Getdikcə daha açıq görünür ki, İnfantino futbolun maraqlarına uyğun ən yaxşı həll yollarını axtarmır. Onda, sadəcə olaraq dürüstlük çatışmır.

Onun hər hansı dəyişiklik etmək istəyi ilə bağlı məndə təəssürat yoxdur. O, sadəcə olaraq futboldan faydalanır. Bu isə futbolun yox, Avropada yerləşən FİFA-nın problemidir.

Vəziyyəti dəyişdirməyin yeganə yolu dünya çempionatının ev sahiblərinin seçilməsi üçün şəffaf prosedurun yaradılmasına nail olmaqdır”.

Aut.az

Exit mobile version