AUT.AZ

“Arzuma çatdım”

“Karate Combat”da çempionluq kəmərinə sahib çıxan Rafael Ağayev ABŞ təmsilçisi Reymond Denielsə qalib gəldiyi döyüşdən sonra açıqlama verib.

Aut.az xəbər verir ki, Ağayev mükafatı kimə həsr etdiyini də deyib:

Bu titul Azərbaycan xalqınındır. Bir il səkkiz ay əvvəl anam vəfat edib. Bu, həmin vaxtdan sonra əldə etdiyim ilk qızıl medaldır. Mükafatı anama və xalqıma həsr edirəm. Arzuma çatdım və dünya çempionu oldum”.

Ağayev, Denielsin “Karate Combat”da üz-üzə gəldiyi ən güclü döyüşçü olduğunu söyləyib.

Rafael Ağayev 2018-ci ildən “Karate Combat”da mübarizə aparır.

Exit mobile version