AUT.AZ

Ağayevin növbəti rəqibi müəyyənləşdi

Ötən gecə “Karate Combat”da çempionluq kəmərinə sahib çıxan Rafael Ağayevin növbəti rəqibinin adına aydınlıq gəlib.

Aut.Az xəbər verir ki, Azərbaycan karateçisi növbəti görüşünü amerikalı Coşua Quayhegenə qarşı keçirəcək. Döyüşün tarixi hələ açıqlanmayıb.

 

ABŞ təmsilçisi “Karate Combat”da 8 döyüş keçirib, bunların altısında qalib gəlib, ikisində isə məğlub olub.

Qeyd edək ki, Rafael Ağayev amerikalı Raymond Danielsə qalib gələrək yarımağır çəkidə “Karate Combat” döyüş liqasının çempionu olub.

Exit mobile version