AUT.AZ

Prezident qonşularına nifrət edir

Serbiya prezidenti Aleksandr Vuçiç dünya çempionatında Xorvatiya millisinə azarkeşlik etmədiyini bildirib.

Aut.az xəbər verir ki, Vuçiç qonşularının rəqiblərinə simpatiya bəslədiyini etiraf edib:

“Siz deyəcəksiniz ki, “əla, qonşular”. Amma mən belə deməyəcəm. Mən onların rəqiblərinə azarkeşlik edirdim.

Dostlar yaşadıqları yerə görə seçilmir. Dostlar maraqlara, sədaqətə və qarşılıqlı hörmətə görə seçilir”.

Argentina və Mərakeş Kosovonun müstəqilliyini tanımayıblar və bunu etməyəcəklər.

Mən Xorvatiya – Argentina oyununda ikincilərə azarkeşlik etdim. Həmişə sərbəst danışacağam və medianın nə dediyi məni maraqlandırmır. Finalda kimi dəstəkləyəcəyimi  bilmirəm, amma üçüncü yer uğrunda görüşdə kimə azarkeşlik edəcəyimi  bilirəm – Mərakeş. Onlar Kosovonun müstəqilliyini heç vaxt tanımayacaq qardaşlarımızdır.

Pley-offda xorvatlar Yaponiya və Braziliyanı mübarizədən kənarlaşdırsalar da, Argentinaya uduzublar. Bu gün 3-cü yer uğrunda görüşdə Mərakeşlə qarşılaşacaqlar.

Aut.az

 

Exit mobile version