AUT.AZ

Messi Fransanı məhv edəcək – Ronaldinyo

Braziliya millisinin sabiq hücumçusu Ronaldinyo bildirib ki, Lionel Messi dünya çempionatının finalında argentinalılara qələbə qazandıra biləcək.

Aut.az xəbər verir ki, Ronaldinyo “Российская газета”ya açıqlamasında Argentina yığmasına nəyə görə azarkeşlik etdiyi haqda da danışıb:

“Braziliyalıların əksəriyyətindən fərqli olaraq, mən niyə Xorvatiya ilə oyunda Argentinanı dəstəklədim? Pele də onlara dəstək olub. Pele ilə mən bəs edirik (gülür). Tamaşaya baxanda necə qəddar simalı ola bilərdim?!

Təbii ki, dostlarıma azarkeşlik edirdim. Heç kim məni bu işdən çəkindirə bilməz. Messi futbolçu yox, mənim əziz dostumdur. Münasibətimizə dəyər verirəm və həmişə enerjimin bir hissəsini ona verməyə çalışıram. Finaldan sonra mütləq onun yanına gedib təbrik etmək istəyirəm.

Argentinanın dünya çempionatını qazanacağına bir dəqiqə belə şübhə etmirəm. Messi Fransanı məhv edəcək. Fransa qalib gəlsə nə olacaq? Yox, belə şey olmayacaq, bunu istəmirəm”.

Aut.az

Exit mobile version