Fransa millisinin sabiq hücumçusu Andre-Pier Jinyak dünya çempionatının finalında Argentina yığmasına azarkeşlik edəcək. Aut.az “Fox Sportsa” istinadən xəbər verir ki, Jinyak Lionel Messinin dünya çempionatının qalibi olmasını arzuladığını etiraf edib:
“Argentinada Messinin Dünya Kubokunu qazanmasını istəyirlər. Mən fransızam, amma mən də bu titulu onun qazanmasını istəyirəm. Çünki o, bütün karyerasına görə buna layiqdir. Onun davranışı liderə xasdır. O, hələ də sehrbazlıq edir”
Aut.az