AUT.AZ

Fransızlar “Argentina dənizi”ndə itəcəklər

Dünya çempionatının finalında argentinalı azarkeşlərin sayı fransız fanatlardan qat-qat çox olacaq

Aut.az “L’Equipe” nəşrinə istinadla xəbər verir ki,  Fransa – Argentina qarşılaşmasında arenada 50 min argentinalı və 6 min fransalı azarkeş olacaq.

Dünya çempionatının final görüşünə ev sahibliyi edəcək “Lusail İkonik” stadionu ümumilikdə 88 966 tamaşaçı tutumuna malikdir.

Digər biletləri isə başqa ölkələrdən gələn azarkeşlər əldə ediblər.

Turnirin gedişində argentinalılara böyük simpatiya daim hiss olunub. Bəzi məlumatlara görə, istisna yalnız bir matç sayıla bilər – Argentina – Meksika. Bu zaman “Lusail İkonik” arenasının tribunalarında azarkeşlərin sayı təxminən bərabər olub.

Aut.az

Exit mobile version