AUT.AZ

Elxan Abdullayev “Səbail”ə “yox” dedi, indi isə…

“Sumqayıt”a məğlubiyyətdən sonra “Səbail”in baş məşqçisi Mahmud Qurbanov qovulmalı idi. Ancaq komanda turnir cədvəlinin zirzəmisinə yuvarlansa da, Qurbanov hələ də postundadır.

“Səbail”dəki mənbə “Sumqayıt”la oyundan əvvəl Aut.az-a bildirmişdi Elxan Abdullayevlə danışıqlar aparılır. Aldığımız məlumata görə, Abdullayev “Səbail”in təklifini rədd edib. O, bu komandada heç bir perspektiv görmədiyini bildirib.

Mənbə isə deyir ki, “Səbail” növbəti mövsümdən Azərbaycanın bölgələrindən birinə köçürüləcək. Elxan Abdullayev isə bu haqda məlumatlıdır. O, bölgədə çalışmaq istəmədiyi üçün bu təklifdən imtina edib. “Səbail”in təklifinə rusiyalı və ukraynalı mütəxəssislər də rədd cavabı verib.

Məşqçi tapa bilməyən rəhbərlik məcburiyyətdən Mahmud Qurbanovu postunda saxlayıb. Klub rəhbərliyinin hazırda Sənan Qurbanovla danışıqlar apardığı da deyilir.

Aut.az

 

 

Exit mobile version