AUT.AZ

Bəzi fransızlar titulu Messinin qazanmasını istəyirlər – Deşam

Fransa yığmasının baş məşqçisi Didye Deşam dünya çempionatının final oyunu haqda danışıb.

Aut.az “RMC Sport”a istinadən xəbər verir ki, Deşam Argentina ilə qarşılaşmada Messi amilinin vacib olduğunu qeyd edib:

“Gözlənilməz hallar, vəziyyətlər var ki, onlara uyğunlaşmalıyıq. Finala çıxmaq üçün hər şeyi etdik. Argentina da öz növbəsində Səudiyyə Ərəbistanı ilə ilk oyunda məğlub olandan sonra müəyyən problemlərin öhdəsindən gəlməli oldu. Mən narahat və əsəbi deyiləm.

Belə bir matça hazırlaşarkən sakit qalmaq vacibdir. Dünya Kubokunun final matçı var, həm də xüsusi kontekstdə. Bilirəm ki, argentinalılar və bəlkə də bəzi fransızlar da titulu Messinin qazanmasını istəyirlər”.

Final oyunu dekabrın 18-də baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Exit mobile version