AUT.AZ

50 milyonluq əməliyyata başladılar

“Napoli”nin və Gürcüstan millisinin vingeri Xviça Kvaratsxeliya karyerasını İngiltərədə davam etdirə bilər.

Aut.az xəbər verir ki, onun xidmətində Premyer Liqa təmsilçisi “Nyukasl” maraqlıdır. “The Times”ın məlumatına görə, “sağsağanlar” 21 yaşlı futbolçu üçün 50 milyon funt-sterlinq təklif etməyə hazırdır.

“Ağ-qaralar” Kvaratsxeliyanı qış transfer pəncərəsi dövründə heyətinə qatmağa çalışacaqlar. Bu baş verməsə, mövsümlərarası fasilə zamanı keçidin reallaşması üçün fəaliyyət göstəriləcək.

Qeyd edək ki, futbol üzrə Azərbaycan millisinin sabiq üzvü Badri Kvaratsxeliyanın oğlu olan Kviça bu ilin iyulunda “Dinamo Batumi”dən “Napoli”yə transfer olunub. İtaliya klubu oyunçu üçün 10 milyon avro ödəyib.

Exit mobile version