AUT.AZ

Zelenski FİFA-ya müraciət etdi – Rədd cavabı aldı

Ukrayna prezidenti Vladimir Zelenski DÇ-2022-nin final matçından öncə dünya xalqların video müracəit etmək istəyir.

Aut.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Bildirilir ki, Ukrayna liderinin bu tələbi FİFA tərəfindən rədd edilib. Mənfi cavab Zelenskinin ofisini təəccübləndirib.

Bununla belə, Ukrayna höküməti FİFA ilə danışıqlarını davam etdirir. Onlar ümid edirlər ki, Argentina – Fransa matçından öncə Vladimir Zelenskinin canlı çıxışı baş tutacaq və ya ən pis halda isə qısa videomüraciətin yayımlanmasına icazə veriləcək.

Qeyd edək ki, final oyunu dekabrın 18-də, saat 19:00-da başlayacaq.

Exit mobile version