AUT.AZ

Yollarını ayırdı

Türkiyənin “Fatih Karagümrük” klubunda növbəti ayrılıq gerçəkləşib.

Aut.az xəbər verir ki, Super Liqa təmsilçisi Stiven Kokerlə yollarını ayırıb. Bu barədə “TRT Spor” məlumat yayıb. 30 yaşlı mərkəz müdafiəçisinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Stiven Koker mövsümün əvvəlində “Fatih Karagümrük”ə keçmişdi. İngiltərəli futbolçu İstanbul klubunun heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol vurub.

Qeyd edək ki, “Fatih Karagümrük” daha əvvəl Caner Erkin, Burak Bekaroğlu və Cimmi Durmaz ilə yollarını ayırıb.

Exit mobile version