AUT.AZ

Teymur və Şəhriyar üçün seçim qaydaları açıqlandı

FİDE 2024-cü ildə keçiriləcək iddiaçılar turnirinə seçim qaydalarını açıqlayıb.

Aut.az xəbər verir ki, yarışdakı iştirakçılardan biri 2023-cü ildə keçiriləcək şahmat tacı uğrunda qarşılaşmada uduzan iştirakçı olacaq. Bu dueldə rusiyalı Yan Nepomnyaşı və çinli Lijen Din üz-üzə gələcək. Qalib dünya çempionu adını qazanacaq, məğlub isə iddiaçılar turnirində iştirak hüququ əldə edəcək.

Üç vəsiqə 2023-cü ilin dünya kubokunun ən yaxşı şahmatçılarına veriləcək. İki yerin sahibi isə 2023-cü ildə təşkil olunacaq FİDE Qran-turun qalibi və finalçısına veriləcək.

2024-cü il yanvarın 1-dəki FİDE reytinqində yarışa vəsiqə qazanmayanlar arasında ən yüksək yerdə qərarlaşan qrossmeyster də iddiaçılar turnirində iştirak hüququ əldə edəcək. Bunun üçün həmin şahmatçı 2023-cü ildə minimum 4 turnirdə mübarizə aparmalıdır. Sonuncu vəsiqə isə 2023-cü ildə FİDE tərəfindən təşkil olunan yarışlarda ən yaxşı nəticələr göstərən zəka sahibinə veriləcək.

Qeyd edək ki, müxtəlif vaxtlarda şahmatçılarımız – Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov iddiaçılar turnirində çıxış ediblər.

Exit mobile version