AUT.AZ

Qurbanovdan oğlu ilə bağlı yayılan xəbərlərə REAKSİYA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oğlu Musa Qurbanlının gələcək karyerası barədə danışıb.

Aut.az xəbər verir ki, təcrübəli mütəxəssis 20 yaşlı hücumçunun Polşanın “Poqon” klubuna keçəcəyi barədə xəbərlərə aydınlıq gətirib.

“Maraqlandıqlarını eşitmişəm. Amma rəsmi təklif yoxdur. Tam ciddi olandan sonra fikir bildirə bilərik. Ümumiyyətlə belə qərarlarda çox diqqətli, həssas olmalıyıq. Futbolçumuz Avropaya getsin deyə bu addımı atıb, yana bilərik. Tam ciddi təklif olduğu halda götür-qoy etməliyik. Bu, sonranın müzakirə mövzusudur”, – baş məşqçi vurğulayıb.

Exit mobile version