AUT.AZ

Polşa klubu Musa Qurbanlıya görə bu qədər pul təklif edir

“Poqon” klubunun “Qarabağ”ın futbolçusu Musa Qurbanlı üçün ödəmək istədiyi məbləğ müəyyənləşib.

Aut.az xəbər verir ki, Polşa təmsilçisi Azərbaycan millisinin üzvünün transferinə görə 350 min avro xərcləməyə hazırdır. Bu barədə “24kurier.pl” saytı məlumat yayıb. Hücum xəttində ciddi problemlər yaşayan Ekstraklassa klubu qış transfer dövründə 20 yaşlı futbolçunu transfer etməklə bu məsələni həll etmək istəyir.

Qeyd edək ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu olan Musa Qurbanlının klubu ilə müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.

Exit mobile version