AUT.AZ

“Neftçi”nin baş məşqçisi qaçır – Təsdiqləndi

Rumıniyanın “Universitatya” (Krayova) klubu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın bu komandaya keçəcəyi ilə bağlı informasiyalara münasibət bildirib.

Aut.az xəbər verir ki, Krayova təmsilçisinin əsas maliyyə dəstəkçisi Mixai Rotaru “Digi Sport”a açıqlamasında xəbəri qismən təsdiqləyib. Klubun İdarə Heyətinin də üzvü olan Rotaru, Regenin yeganə namizəd olmadığını da söyləyib:

“Bizim baş məşqçi postuna üç namizədimiz var və hər birinin hazırda öz klubu ilə müqaviləsi davam edir. Konkret Regekampfa gəlincə, sözləşməsi davam edən bir məşqçini burada müzakirə edə bilmərəm”.

Qeyd edək ki, Laurentsiu Regekampfın “Neftçi” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir. O, “ağ-qaralar”dan öncə 2021/2022 mövsümündə “Universitatya”nı çalışdırıb.

Exit mobile version