AUT.AZ

Messi istəsə, insanlar 24 saat…

Argentina millisinin qapıçısı Emiliano Martinez verdiyi maraqlı açıqlamayıla diqqət mərkəzinə düşüb.

Aut.az xəbər verir ki, o, Lionel Messinin ölkənin ən çox sevilən şəxsi olduğunu bildirib. Qokiper 35 yaşlı forvardı ölkə prezidenti ilə müqayisə etməkdən belə çəkinməyib:

“Messi ölkəni əsl qəhrəman kimi təmsil edir. Xalq Messiyə prezidentdən çox hörmət edir. Messi istəsə, insanlar 24 saat evdə qalacaqlar. O, bir nömrədir, çalışqandır və hər kəs üçün ilham mənbəyidir”.

Qeyd edək ki, karyerasındakı 5-ci və sonuncu mundialda iştirak edən Messi 5 qol vurub. O, Kilian Mbappe ilə birlikdə turnirin ən məhsuldar iki futbolçusundan biridir.

Exit mobile version