AUT.AZ

Mbappe satılır, qiyməti açıqlandı

PSJ klubu Kilian Mbappeni satmağa hazırdır.

Aut.az.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb. Bildirilir ki, futbolçu oktyabrda Fransa təmsilçisinin rəhbərliyinə qış transfer pəncərəsi zamanı ayrılmaq istədiyini bildirib.

PSJ, müqaviləsinin müddəti 2025-ci ilinin yayına qədər olan Mbappenin bu qərarını sakit qarşılayıb. Kluba uyğun təklif gəlsə, onu satmağa hazırdırlar. 23 yaşlı hücumçunun transfer qiyməti də bəllidir. Onu heyətinə qatmaq istəyən klub 300-350 milyon avrosundan keçməlidir.

Mbapp bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə meydana çıxdığı 20 oyunda 19 qol vurub və 5 məhsuldar ötürmə edib. DÇ-2022-də isə onun aktivində 5 qol və 2 məhsuldar ötürmə var.

Exit mobile version