AUT.AZ

Klublara milyonlar ödəniləcək

FİFA-nın DÇ-2022-də futbolçuların iştirakına görə klublara ödəyəcəyi məbləğ məlum olub.

Aut.az xəbər verir ki, ali futbol qurumu 209 milyon dollar məbləğində müavinət ayırıb. Bu barədə “The Times” məlumat yayıb. Ödəniləcək məbləğlər turnirdə iştirak edən oyunçuların sayı və onların turnirdəki göstəriciləri əsasında hesablanıb.

FİFA ən yüksək ödənişi “Mançester Siti” klubuna edəcək. Mundial 16 futbolçuyla təmsil olunan İngiltərənin hazırkı çempionu büdcəsini 5,6 milyon dollar zənginləşdirəcək. “Barselona” “Siti”dən 1,5 milyon az ödəniş alacaq. Bu siyahıda 3-cü pillədə qərarlaşan klub isə “Mançester Yunayted”dir. FİFA DÇ-2022-də 13 futbolçusu iştirak edən “qırmızı şeytanlar”a 3,62 milyon dollar ödəyəcək.

Qeyd edək ki, DÇ-2022-yə dekabrın 18-də Argentina və Fransa komandaları arasında baş tutacaq final matçıyla yekun vurulacaq. Bundan bir gün öncə isə Xorvatiya ilə Mərakeş milliləri 3-cü yer uğrunda mübarizə aparacaqlar. Hər iki qarşılaşma 19:00-da baş tutacaq.

Exit mobile version