AUT.AZ

Karyerasını başa vuran ulduz millinin məşqlərinə qoşuldu

Bazar günü Qətərdə baş tutacaq DÇ-2022-nin finalında Fransa və Argentina yığmaları qarşılaşacaq. 

Aut.Az xəbər verir ki, sonuncu dəfə 1986-cı ildə çempion olan və yenidən titula köklənən cənubi amerikalılara karyerasını başa vurmuş milli üzvü Serxio Aquero da qoşulub.

 

Bir il əvvəl ürəyində yaranan qüsura görə karyerasını bitirmək məcburiyyətində qalan veteran hücumçu hətta məşqlərdə də iştirak edir. Onun Qətərdəki məşqlərdə iştirakı, hətta oyun vaxtı ehtiyat oyunçular skamyasında əyləşməsininin görüntülərini Nikolas Otamendi “Instagram” səhifəsində paylaşıb.


Aquero “Atletiko Madrid”lə iki, “Mançester Siti” ilə 15 kubok, həmçinin Argentina ilə Amerika Kubokunu qazanıb. O, karyerası ərzində keçirdiyi 685 rəsmi oyunda 385 qol vurub.

Exit mobile version