AUT.AZ

FİFA Qətərdə milyardlar qazanıb

FİFA-nın DÇ-2022-dən əldə etdiyi gəlir açıqlanıb.

Aut.az xəbər verir ki, Qətər mundialından qazanılan vəsait 10,5 milyard dollar təşkil edib. Bu barədə ali futbol qurumunun prezidenti Canni İnfantino məlumat verib. O, bildirib ki, bu 4, il əvvəl Rusiyada təşkil olunan dünya çempionatındakı gəlirdən 1 milyard dollar çoxdur.

Qeyd edək ki, DÇ-2022-yə dekabrın 18-də Argentina və Fransa yığmaları arasında keçiriləcək final oyunu ilə yekun vurulacaq. Dekabrın 17-də isə Xorvatiya və Mərakeş seçmələri 3-cü yer uğrunda matçda üz-üzə gələcəklər.

Exit mobile version