AUT.AZ

Fatih Terimin DÇ-2022 dəyərləndirməsi: “Qışda futbol oynamaq…”

Türkiyə millisinin və “Qalatasaray” klubunun sabiq baş məşqçisi Fatih Terim Qətərdə keçirilən Dünya Kubokunu dəyərləndirib.

Aut.az xəbər verir ki, təcrübəli mütəxəssis mundialı sosial şəbəkə hesabında dəyərləndirib. Hazırda xüsusi qonaq kimi DÇ-2022-ni izləyən Terim, təşkilatçılığa görə Qətərə təşəkkür edib:

“Dünya Kuboku macəram 1986-cı ildə Meksikadan başladı. Həmin vaxtdan bəri qatıldığım hər turnirdə, sadəcə futbolu deyil, insanları, ölkələri, mədəniyyətləri və təşkilatçılığı yaxından izlədim. Anladım ki, qərəzəli yanaşmaya, əvvəlcədən əzbərlənmiş sözlərə baxmayaraq, bu yarış fərqli və olduqca qüsursuz təşkil edilib. Belə sıx təqvim aralığından keçirilən turnir və kubokların ardınca 40 dərəcə isti havada deyil, noyabr-dekabr aylarında futbol oynamaq mümkündür.

Qətər gözləntilərin üstündə bir iş görə, intizamlı turnir təşkil edə biləcəyini göstərdi. Futbol, sadəcə müəyyən ölkələrin, coğrafiyaların oyunu deyil. Təkcə favoritlər deyil, sürpriz komandalar da “biz buradayıq” mesajını verə bilər. Ən önəmli məqam isə odur ki, növbəti Dünya Kuboku geridə qalarkən, görürük ki, oynanmağı, idarə etməsi, izlənməsi ilə birlikdə ən ləzzətli anların hamısı futbolda yer alıb”.

Qeyd edək ki, Fatih Terim DÇ-2022-nin xüsusi qonağı olmaqla yanaşı, təşkilatçıq baxımından qətərlilərin məsləhət aldığı şəxslərdən biri olub. O, stadionları gəzərək görülən işləri qiymətləndirib. Eyni zamanda, mundialın gedişində müxtəlif tədbirlərdə iştirak edib. Terim, mundialın son 2 oyununu da arenalardan izləyəcək.

Exit mobile version