AUT.AZ

Hernandesin döyməli xanımı – Fotolar

DÇ-2022-nin yarımfinal mərhələsinin Mərakeşlə görüşündə fərqlənməklə Fransa millisinin finala gedən yolunu açan Teo Hernandes mundialın ən çox müzakirə edilən adlarından biridir.

Aut.az xəbər verir ki, mundiala ehtiyat oyunçular skamyasından başlayan müdafiəçi, qardaşı Lukanın ciddi zədə almasından sonra əsas heyətdə meydana çıxmağa başlayıb.

Futbolçu, təkcə oyunuyla deyil, şəxsi həyatı ilə də gündəmdədir. Buna səbəb xanımı Zoe Kristofolidir. 26 yaşlı italyan model ilə Teonu birləşdirən ortaq cəhət döyməyə olan sevgiləridir. Onlar bunu heyrətamiz adlandırırlar. 2022-ci ilin aprelində cütlüyün ilk övladları dünyaya gəlib. Onun adı isə olduqca orijinaldır – Theo Junior.

Onlar hazırda ailəliklə Qətərdədilər. Zoe Yaxın Şərqdə döymələri ilə də gündəmi zəbt edir. Zoedən tez-tez bu həvəsinin haradan gəldiyini soruşurlar. Onun isə cavabı belə olur:

“Mən həmişə fərqlənmək istəmişəm. Bu, valideynlərimlə çətin münasibətlərə bir növ etiraz və reaksiyadır. Sadəcə, diqqəti özümə çəkmək istədim”.

Hazırda Zoenin bədəninin təxminən 60%-i döymələrlə örtülmüşdür. Onun bununla kifayətlənəcəyi inandırıcı deyil. Bəlkə də tezliklə futbolun əsas kubokunun təsvirini bədənində görəcəyik.

Exit mobile version