AUT.AZ

Emrelinin komandası ilin ən yaxşısı seçildi

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiya klubu “Dinamo” Zaqrebdə ilin ən yaxşı kişi komandası seçilib.

Aut.az xəbər verir ki, Zaqreb Şəhər İdman Assosiasiyası təntənəli mərasimlə qalibləri mükafatlandırıb.

“Dinamo” il ərzində Xorvatiya çempionluğunu, ölkə superkubokunu qazanmaqla, eyni zamanda, 2021/2022 mövsümündə Avropa Liqasının pley-off mərhələsində və 2022/2023 mövsümündə Çempionlar Liqasının qrupunda iştirak etməklə bu uğura layiq görülüb. Mükafatlandırma mərasimində Mahir Emreli və klubun əksər futbolçuları iştirak ediblər.

“Dinamo” Xorvatiya çempionatında 16 oyunda 41 xal toplayıb və turnir cədvəlinə başçılıq edir. Mahir Emreli cari mövsüm bütün turnirlər daxil olmaqla, 10 matça çıxıb, 3 qol vura bilib.

Exit mobile version