Klublararası dünya çempionatının yeni formatı təsdiqlənib.
Aut.az xəbər verir ki, bu barədə FİFA prezidenti Canni İnfantino məlumat verib. 52 yaşlı funksioner keçirdiyi mətbuat konfransında bildirib ki, turnir 2025-ci ildə 32 komandanın iştirakı ilə milli komandalar arasında keçirilən dünya çempionatının formatında təşkil olunacaq.
Qeyd edək ki, bu ilin əvvəlində keçirilən klublararası dünya çempionatının son qalibi İngiltərənin “Çelsi” komandası olub.