AUT.AZ

Dünya çempionatının yeni formatı təsdiqləndi

Klublararası dünya çempionatının yeni formatı təsdiqlənib.

Aut.az xəbər verir ki, bu barədə FİFA prezidenti Canni İnfantino məlumat verib. 52 yaşlı funksioner keçirdiyi mətbuat konfransında bildirib ki, turnir 2025-ci ildə 32 komandanın iştirakı ilə milli komandalar arasında keçirilən dünya çempionatının formatında təşkil olunacaq.

Qeyd edək ki, bu ilin əvvəlində keçirilən klublararası dünya çempionatının son qalibi İngiltərənin “Çelsi” komandası olub.

Exit mobile version