AUT.AZ

DÇ-2026-ya yenə də “əl gəzdiriləcək”

2026-cı ildə üç ölkədə – Kanada, Meksika və ABŞ-da keçiriləcək növbəti dünya çempionatının formatı dəyişdirilə bilər.

Aut.az xəbər verir ki, bu barədə FİFA prezidenti Canni İnfantino məlumat verib. O bildirib ki, tarixdə ilk dəfə 48 komandanın çıxış edəcəyi turnirdə qrup sayını azaltmaq daha yaxşı variant ola bilər:

“Hər birində 3 komandadan ibarət 16 qrupa bölünmə planı təsdiqlənib. Lakin buna yenidən baxıla bilər. 4 komandadan ibarət 12 qrupun ən yaxşı seçim olacağına dair fikirlər var”.

Qeyd edək ki, sözügedən dünya çempionatının 2026-cı ildə 8 iyun – 3 iyul tarixlərində keçirilməsi planlaşdırılır.

Exit mobile version