AUT.AZ

Benzema finalda oynamaya bilər – Deşama görə

Fransa milli komandasının üzvü Kərim Benzema DÇ-2022-nin final matçında iştirak etməyə bilər.

Aut.az xəbər verir ki, buna səbəb Didye Deşamla münasibətlərinin pozulmasıdır. “L’Équipe” nəşrinin məlumatına görə, onların ulduzları heç vaxt barışmayıb. Bundan əlavə, Benzemanın “Qızıl top” mərasimindəki çıxışında Deşama təşəkkür etməməsi onu incik salıb.

Benzema Fransa millisinin bəzi futbolçularına yaxın olsa da, komandada heç də hamı onunla yaxşı münasibətə malik deyil. Bu səbəbdən oyunçuların əksəri təcrübəli forvardın final görüşündə iştirak etməsində maraqlı deyil.

Qeyd edək ki, Benzema DÇ-2022-dən bir neçə gün öncə zədələnərək turnirdə iştirak edə bilməyib. Didye Deşam onun yerinə futbolçu çağırmadığından hücumçunun adı Fransa millisinin iştirak ərizəsində qalıb.

Exit mobile version