AUT.AZ

Argentina millisinin düşərgəsindən şad xəbər

DÇ-2022-nin finalında Fransa ilə qarşılaşacaq Argentina milisinin düşərgəsindən xoş xəbərlər gəlir.

Aut.az xəbər verir ki, komandanın aparıcı üzvü Anhel Di Mariya zədəsini tam sağaldıb. “Marca”nın məlumatına görə, ötən gün komanda yoldaşları ilə məşq edən 34 yaşlı yarımmüdafiəçi həlledici matça hazırdır.

Di Mariya mundialın qrup mərhələsinin 3-cü turunda Polşa ilə oyunda zədələnmişdi. O, yalnız 1/4 finalda Niderlandla oyunun son 9 dəqiqəsində baş məşqçi Lionel Skaloni tərəfindən məcburiyyətdən oyuna daxil edilmişdi.

Qeyd edək ki, dekabrın 18-də keçiriləcək Argentina – Fransa matçı saat 19:00-da başlayacaq.

Exit mobile version