AUT.AZ

“Neftçi” penalti sayəsində qurtuldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında 17-ci tura start verilib.

Aut.az xəbər verir ki, turun və günün ilk oyunu Şamaxıda keçirilib. “Zirə” Şamaxıda eyniadlı komandanın qonağı olub. Qarşılaşma başladığı kimi də bitib – 0:0.

Turun mərkəzi oyunu olan “Qarabağ” – “Qəbələ” matçı da bu gün keçirilib. Premyer Liqanın turnir cədvəlinin zirvəsində qərarlaşan “köhlən atlar” “Qəbələ” ilə qarşılaşmada xal itirməmək istəyirdi. Ağdam təmsilçisi bu istəyinə minimalhesablı qələbə ilə nail olub.

Turun daha iki oyunu bu gün keçiriləcək. “Sabah” Gəncədə “Kəpəz”in qonağı olub və yenə də xal itirib. Bununla da, “Sabah”ın çempionluq mübarizəsindən çəkildiyini deyə bilərik.

“Sumqayıt” isə bu tur “Səbail”lə qarşılaşdı və qalib gələrək turnir cədvəlinin sonuncu pilləsini tərk etdi. Böyük ehtimalla, “Səbail”in  baş məşqçisi  Mahmud Qurbanov istefaya göndəriləcək.

Turun son matçı bu gün keçirilib. “Neftçi” Emin Mahmudovun penaltidən vurduğu qolla 3 xal qazanıb.

Azərbaycan Premyer Liqası, 17-ci tur

13 dekabr

Şamaxı – Zirə 0:0
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Kamal Umudlu
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Şamaxı şəhər stadionu

Şamaxı: 1. Rəşad Əzizli, 55. Adil Nağıyev (k), 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 21. Qurban Səfərov, 23. Rövşən Şahmuradov
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 9. Amil Yunanov, 88. Bəhruz Teymurov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 7. Asim Əlizadə, 4. Arsen Ağcabəyov, 14. Uğur Cahangirov, 33. Abdulla Rzayev, 79. Emil Qasımov
Baş məşqçi: Vüqar Əsgərli

Zirə: 1. Mehdi Cənnətov, 18. Slavik Alxasov, 91. Coşqun Diniyev, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 9. Loris Broqno, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 19. Təmkin Xəlilzadə, 2. Sertan Taşkın, 13. Ramin Əhmədov, 56. Samir Ağayev, 47. Mohamed Hamdaui, 26. Nemanya Andelkoviç, 17. Toni Qomes
Baş məşqçi: Rəşad Sadıqov

Qarabağ – Qəbələ 1:0
Qol: Ramil Şeydayev, 68-pen.
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Rəhman İmami, İnqilab Məmmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Elman Musayev
“Azersun Arena”

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 7. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 20. Kadi Borпes, 11. Kvabena Ovusu.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.
Qəbələ: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 27. Məqsəd İsayev, 28. Murad Musayev, 7. Rövlan Muradov, 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 97. Felipe Santos, 10. Omar Hani.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 34. Ürfan Abbasov, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.

14 dekabr

Kəpəz – Sabah 2:2
Qol:
 Abdullahi Şuaybu, 35; 73 – Coy Lens Mikels, 34. Aleksey Kaşuk, 88.
Qırmızı vərəqə: Ceyhun Nuriyev, 90+1 (“Sabah”)
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Eyyub İbrahimov, Cavid Cəlilov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Gəncə şəhər stadionu

Kəpəz: 68. Orxan Sadıqlı, 8. Tural Axundov (k), 74. Yusif Nəbiyev, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 20. Mahir Həsənov, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 80. Tural Rzayev, 27. Samir Məhərrəmli, 97. Nicat Məmmədov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev, 5. Peyman Keşavarzi, 24. Mixeil Erqemlidze
Baş məşqçi: Tərlan Əhmədov

Sabah: 12. Yusif İmanov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 14. Bəxtiyar Həsənalızadə, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 6. Abdulax Xaybulayev, 5. İdris İnqilablı, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 15. Kristian da Silva, 99. Emmanuel Apeh
Baş məşqçi: Murad Musayev

Sumqayıt – Səbail 2:0
Qol: Stiven Pereyra, 9. Vüsal İsgəndərli, 54.
Hakimlər: Tural Qurbanov, Rahil Ramazanov, Vüsal Məmmədov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Sumqayıt, şəhər stadionu

Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə, 30. Filipe Çabi, 5. Stiven Pereyra, 43. Riçard Qadze, 12. Todor Todoroski.
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 36. Xəyal Fərzullayev, 15. Vüqar Bəybalayev, 24. Elşən Abdullayev, 19. Xəzər Mahmudov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 23. Rifat Nurmuqamet, 9. Almir Aqanspahiç.
Baş məşqçi: Samir Abasov.
Səbail: 1. Emil Balayev, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 17. Rafael Məhərrəmli, 55. Nihad Qurbanlı, 27. Emil Martinov, 30. Franko Mazurek, 21. Kizito Luvaqa, 5. Petro Stasyuk, 20. Fakundo Kardozo.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Sadiq Məmmədzadə, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 3. Turan Manafov, 8. Elmir Tağıyev, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 11. Qoba Zakpa, 23. Qustavo de Fransa, 4. Maksim Çex.
Baş məşqçi: Mahmud Qurbanov.

15 dekabr

Turan Tovuz – Neftçi 0:1
Qol:
 Emin Mahmudov, 73-pen.
Hakimlər: Əliyar Ağayev, Elşad Abdullayev, Müslüm Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Tovuz şəhər stadionu

Turan Tovuz: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 8. Şakir Seyidov, 88. Faiq Hacıyev, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 19. Runi Eva, 11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Mehman Hacıyev, 14. Akif Tağıyev, 60. Səbayıl Bağırov, 10. Xəyal Nəcəfov, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 15. Vüsal Məsimov, 87. Nazim Həsənzadə, 97. Sadiq Şəfiyev, 9. İmeda Aşortiya
Baş məşqçi: Ayxan Abbasov
Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 19. Azər Salahlı, 26. Ömər Buludov, 27. Fərid Yusifli, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 24. Yusuf Laval, 77. Yeqor Boqomolski
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 20. Vüsal Əsgərov, 84. Hüseyn Babayev, 51. David Orucov, 42. Xaqan Məmmədov, 91. Ağadadaş Salyanskiy, 92. Ömər Qurbanov, 18. Vato Arveladze, 16. Gilyerme Pato
Baş məşqçi: Laurentsiu Regekampf

Exit mobile version