AUT.AZ

Onların xatirəsini əbədiləşdirdilər

Qətərdəki “Əl-Beyt” stadionunun mətbuat mərkəzində DÇ-2022 zamanı vəfat edən 3 media nümayəndəsi üçün ekspromt abidə qoyulub.

Aut.az xəbər verir ki, orada ABŞ-dən olan şərhçi-müxbir Qrant Vahl, qətərli fotoqraf Xalid əl-Mislam və Böyük Britaniyanın televiziya şirkətinin texniki direktoru Rocer Pirsin fotoşəkilləri yerləşdirilib. Eyni zamanda, abidədə ziyarətçilərin və həmkarlarının qeydlər yerləşdirəcəyi xatirə dəftəri də var.

Xatırladaq ki, 48 yaşlı müxbir Qrant Vahl dekabrın 9-da, Xalid əl-Mislam bu hadisədən 3 gün sonra vəfat edib. 65 yaşlı Pirs isə mundialın ilk günündə dünyasını dəyişib.

Exit mobile version