AUT.AZ

Mbappe azarkeşi “o dünyalıq” etdi – FOTOLAR

DÇ-2022-nin yarımfinal mərhələsi çərçivəsində keçirilən Fransa – Mərakeş matçından öncə (2:0) kuryoz hadisə baş verib.

Aut.az xəbər verir ki, qarşılaşmadan əvvəl keçirilən isinmə hərəkətləri zamanı Avropa təmsilçisinin hücumçusu Kilian Mbappenin qapıya vurmaq istədiyi top tribunada əyləşən fransalı azarkeşlərdən birinin üzünə tuş gəlib.

Zərbənin təsirindən huşunu itirən fanat bir müddət sonra özünə gəlib. Tərəfdara yaxınlaşan 24 yaşlı forvard etdiyi hərəkətə görə ondan üzr istəyib.

Exit mobile version