AUT.AZ

Mahnı oxudular, siyasi qalmaqal yarandı

Xorvatiya ilə bağlı yeni qalmaqal yaranıb.

Aut.az xəbər verir ki, səbəbkarlar isə DÇ-2022-də çıxış edən milli komandanın üzvləridir. Futbolçular yarımfinala yüksəldikdən sonra ifa etdikləri neofaşist mahnıya görə tənqid olunur.

“Damalılar” 1/4 finalda Braziliyanı məğlub etdikdən sonra xüsusi şam yeməyi təşkil edilib. Həmin mərasimdə futbolçular millətlərini tərənnüm edən mahnı oxuyublar. Bu, Xorvatiyanın beş hissəsinə məhəbbətdən bəhs edən adi vətənpərvər mahnıdır. Kompozisiyada əlavə 6-cı hissə oxunduqda isə həmin bəstə kəskin siyasi məzmun qazanır. Buna səbəb həmin hissənin Herseq-Bosniyaya aid olmasıdır.

Herseq-Bosniya 90-cı illərin əvvəllərindəki müharibə zamanı xorvat separatçıları tərəfindən yaradılmış yarımdövlətdir. Burada bosniyalılara və müsəlmanlara qarşı etnik təmizləmə siyasəti aparıldığından, bu neofaşist dövlətin varlığı qəbul edilmir.

Exit mobile version