AUT.AZ

Hakimin üstünə tüpürdü

AFFA İntizam Komitəsi “Neftçi”nin U-13 komandasının məşqçisi Alim Qurbanovu 3 oyunluq cəzalandırıb.

Aut.az  xəbər verir ki, buna onun EFA ilə oyunda etdiyi hərəkətlər səbəb olub.

Qurbanov oyunun 30-cu dəqiqəsində meydana daxil olaraq, oyunun rəsmi şəxslərini, baş hakimi təhqir edib. O, bundan əlavə, hakimin üstünə də tüpürüb.

Komanda növbəti iki qarşılaşmasını azarkeşsiz keçirəcək.

Exit mobile version