AUT.AZ

Fransızlarla mərakeşlilər toqquşdu, yeniyetmə öldü

DÇ-2022-nin yarımfinal mərhələsinin Fransa – Mərakeş matçından (2:0) sonra xoşagəlməz hadisə yaşanıb.

Aut.az xəbər verir ki, qarşılaşmadan sonra Monpelyedə qələbəni qeyd edən azyaşlı azarkeş münaqişəsi nəticəsində vəfat edib. Buna səbəb naməlum şəxslərin fransalı fanatların olduğu avtomobilə yaxınlaşaraq, pəncərədən bayıra çıxan bayrağını dartmağa çalışması olub. Qəfildən hərəkətə keçən sürücü qarşısına çıxan 14 yaşlı yeniyetməni vurub. O, aldığı ağır xəsarətlərdən sonra klinikada dünyasını dəyişib.

Qeyd edək ki, sözügedən matçdan sonra Fransanın bir sıra bölgələrində yerli fanatlarla mərakeşlilər və digər etnik qruplar arasında ağır toqquşmalar olub. Polis qüvvələri insidentlərin qarşsını almaqda çətinlik çəkiblər.

Exit mobile version