AUT.AZ

Emin Mahmudov Rumıniya klubuna keçə bilər

“Neftçi”nin kapitanı Emin Mahmudov karyerasını Rumıniyada davam etdirə bilər.

Aut.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin mövsümün sonunda Rumıniyanın “Universitatya Krayova” klubuna keçmək ehtimalı var.

Rumıniyalı baş məşqçi Laurentsiu Regekampf “Neftçi”ni bu komandaya dəyişsə, Emini özü ilə aparmağı planlaşdırır.

“Universitatya Krayova”nın Mahmudovu azad agent kimi heyətinə qatacağı bildirilir.

Regekampf 2021/2022 mövsümündə “Universitatya Krayova”da işləyib.

Mahmudovun “Neftçi” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.

Exit mobile version